cümə axşamı, 02 may 2024

BİZİM FUTBOL

“Keşlə” "Zirə" ilə xallarını böldü, “Neftçi” liderliyini möhkəmləndirdi - YENİLƏNİR

20.02.2021 20:25 Oxundu 596

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

"CEMPİON.AZ" xəbər verir ki, sonuncu oyun gününda iki matç keçirilib. “Keşlə” doğma meydanda “Zirə” ilə bacarmayıb- 2:2.
 
Turun son qarşılaşmasında isə lider “Neftçi” “Qəbələ”ni qəbul edib. Bakı təmsilçisi son dəqiqə qolu ilə 1:0 hesabı ilə  qalib gələrək "Qarabağ"la xal fərqini 3-ə yüksəldib.

20 fevral

18:00. “Neftçi” – “Qəbələ” - 1:0
Qol: 
Emin Mahmudov, 90+4
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov.
Bakı. “Bakcell Arena”
 
16:00. “Keşlə” – “Zirə” - 2:2
Qollar: 
Klesio Bauk, 17 (0:1). Nicat Qurbanov, 19 (1:1) Sadio Tounkara, 21 (2:1), Davit Volkov, 73
Qırmızı vərəqə: Dimitrios Çantakias, 60
Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov.
Bakı. “ASK Arena”
 

19 fevral

18:00. "Sumqayıt" - "Qarabağ" - 0:0
Hakimlər: Rəşad
 Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Sumqayıt, "Kapital Bank Arena"

16:00. "Səbail" - "Sabah" - 2:0
Qollar
: Amil Yunanov, 16 (1:0), 77
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Bakı, "ASCO Arena"
 

N Klublar O Q H M T-F X
1 Neftçi 16 10 3 3 21-16 33
2 Qarabağ 16 8 6 2 38-13 30
3 Zirə 16 6 7 3 22-18 25
4 Sumqayıt 16 6 5 5 20-20 23
5 Qəbələ 16 4 6 6 15-23 18
6 Səbail 16 4 4 8 17-26 16
7 Keşlə 16 3 5 8 15-25 14
8 Sabah 16 4 2 10 16-23 14