cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

"Qrizmann "Atletiko"dakı səviyyədə oynamır”

23.02.2021 18:39 Oxundu 352
"Barselona"nın fransalı sabiq müdafiəçisi Jeremi Matye Antuan Qrizmanın Kataloniya klubundakı çətinliklərindən danışıb .

“CEMPİON.AZ” "Marca"ya istinadən xəbər verir ki, o, həmyerlisinin "Atletiko"dan "Barselona"ya keçərək səhv etdiyini deyib: "Qrizmann "Atletiko"dakı səviyyədə oynamır. Məncə, "Barselona"ya keçərək səhv etdi. Madrid təmsilçisində komandanın vacib bir hissəsi idi. İndi onun eyni vəziyyətdə olduğuna əmin deyiləm".

Qeyd edək ki, Matye 2014-2017-ci illərdə "Barselona"da oynayıb.