cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Joao Feliks: "Kriştiano mənə böyük təsir edir”

23.02.2021 20:46 Oxundu 353

"Atletiko"nun futbolçusu Joao Feliks "Yuventus"un hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

“CEMPİON.AZ” "Daily Mail"ə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu Portuqaliya millisindəki komanda yoldaşının ona kömək etdiyini bildirib. Feliks Ronaldonun təcrübəsindən faydalandığını və böyük matçlara hazırlşamaq üçün ulduz oyunçudan məsləhətlər aldığını söyləyib:

"Kriştiano mənə böyük təsir edir. Milli komandada olduğumuz zaman mənə və bütün gənclərə iş, motivasiya, hər şey barədə məsləhətlər verməyə çalışır".

Qeyd edək ki, Feliks bu mövsüm Madrid təmsilçisində çıxdığı 27 matçda 9 qol vurub, 5 qolun ötürməsini verib.