çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Ramos adını tarixə yazdırdı

10.08.2016 14:01 Oxundu 584

"Real Madrid" Norveçin Tronheym şəhərində keçirilən oyunda "Sevilya" üzərində qələbə qazanmaqla 3-cü dəfə UEFA Superkubokuna sahib çıxıb. Bu dəfə "Real"ın kapitanı Serxio Ramos futbol tarixinə adını yazdırmağı bacarıb. Ramos oynadığı 3 Avrokubok finalında fərqlənən ilk müdafiəçidir. O, Çempionlar Liqasının 2014, 2016 finallarında və 2016 Superkubok matçında rəqib qapılarına yol tapıb. Ramosdan başqa "Real"ın 2 oyunçusu - Raul və Alfredo di Stefano da bu uğura nail olub.

Qeyd edək ki, dünən keçirilmiş Real- Sevilya qarşılaşmasının ikinci hissəsində Konoplyankanın penalti qolu "Sevilya"nı önə çıxarsa da, Serxio Ramos oyuna əlavə olunmuş 3-cü dəqiqədə hesabı bərabərləşdirərək oyunu əlavə vaxta aparıb.