çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

"Zirə" "Sumqayıt" heç-heçə, "Neftçi" ilk pillədə - YENİLƏNİB

03.03.2021 20:18 Oxundu 544


Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.


"CEMPİON.AZ"  xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Zirə" "Sumqayıt"ın qonağı olub. Görüşdə qolsuz heç-heçə qeydə alınıb.

Günün digər görüşündə isə "Neftçi" "Sabah"ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 36-ya yüksəldən "Neftçi" yenidən liderliyi bərpa edib. Komanda "Qarabağ"ı şəxsi oyunların nəticələrinə görə üstələyir.

Azərbaycan Premyer Liqası, 18-ci tur

18:15."Neftçi" - "Sabah" - 2:1
Qollar: 
Namiq Ələsgərov,44 (1:0), Mirabdulla Abbasov, 64 (2:0), Təmkin Xəlilzadə, 90+3-pen (2:1)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
"Bakcell Arena"


16:00."Sumqayıt" - "Zirə"  - 0:0
Hakimlər: 
İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
"Kapital Bank Arena"

"Səbail" - "Keşlə" - 1:1

"Qarabağ" - "Qəbələ" - 3:0

N Klublar O Q H M T-F X
1 Neftçi 18 11 3 4 23-18 36
2 Qarabağ 18 10 6 2 42-13 36
3 Zirə 18 7 8 3 23-18 29
4 Sumqayıt 18 6 6 6 20-21 24
5 Qəbələ 18 5 6 7 16-26 21
6 Səbail 18 4 5 9 18-28 17
7 Keşlə 18 3 7 8 17-27 16
8 Sabah 18 4 3 11 18-26 15