cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Ayxan Abbasov: “Çempionatın sonuna qədər gərginlik olacaq”

03.03.2021 20:56 Oxundu 384


"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Zirə" ilə oyundan (0:0) sonra  mətbuat konfransı keçirib.

“CEMPİON.AZ” xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

“Əlbəttə, oyunun belə gərgin, sürətli keçəcəyi gözlənilirdi. Çünki rəqibimiz "Zirə" idi. Bilirdik ki, "Zirə" hər rəqibə qarşı fərdi hazırlaşmağı bacarır. Biz də onların necə oynayacağını təxmin edirdik. Qısa vaxtda çalışdıq ki, hazır olaq. Ümumi götürsək, komandadan razı qaldım. Bu cür oyunlar olur, hansı ki, bir qol matçın taleyini həll edir. Məncə, bu günü tam uğurlu etmək üçün qol çatmadı. Düzdür, istərdik ki, xal fərqini yaxşılaşdıraq. Ancaq mən həmişə deyirəm, çempionatın sonuna qədər gərginlik olacaq. Bütün klublarda stabillik çatışmır. Biz də çalışırıq ki, stabilliyi qoruyaq. "Keşlə" ilə görüşdən sonra hər matçda itkilərimiz olur. Bu da bizi bir qədər çətinliyə salır. Bu qarşılaşmada bəzi oyunçular zədədən qayıtmışdı, risk etdik. Bəzi futbolçular oynamadı. Millinin fasiləsinə qədər iki gərgin oyunumuz qalıb. Ümid edirəm ki, bu sürətə tab gətirib istədiyimiz nəticəni əldə edəcəyik. Bugünkü oyuna görə futbolçularımı təbrik edirəm.

“Oyunun gedişatı elə idi ki, həm biz müdafiə olunurduq, həm rəqib. İlk hissədə pressinq elədik, bütün hissəni belə oynamaq çətindir. Gözləyirdik ki, ikinci hissəyə daha istəkli başlayaq. Amma deməzdim ki, sırf müdafiədə oturduq. Futbolçularımızdan bəziləri yoruldu, bəzi dəyişikliklər etdik, amma üstünlük bizdə idi. Rəqib 3-cü yerdə olan "Zirə"dir”.

“Zədə Əliyə mənfi təsir edib, həm də rəqiblər ona qarşı individual hazırlaşır. Amma bu gün Əli 3 epizod qazandı, ikisini qapıçı qoldan xilas etdi. Ümumiyyətlə çempionatınımız çətindir, hər oyun istədiyimiz kimi oynaya bilmərik”.