çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

Mehdiyev qələbə ilə başladı

10.08.2016 17:31 Oxundu 448

Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları üzrə növbəti görüşlərə start verilib. Azərbaycanlı cüdoçu Məmmədəli Mehdiyev də mötəbər yarışda debüt edib.90 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarışa 1/16 final mərhələsindən başlayıb. Avropa Kubokunun qalibi olan idmançımız rusiyalı Kiril Denisovla üz-üzə gəlib. Gərgin keçən görüşün əsas hissəsində qalib müəyyənləşməyib. Hakim hər iki cüdoçuya 2 dəfə xəbərdarlıq etdiyindən, əlavə vaxta ehtiyac duyulub. Mehdiyev 111-ci saniyədə rəqibini ippona salıb.

Onun 1/8 finalda rəqibi Zak Piontek (CAR)/Tyaqo Kamilo (Braziliya) cütünün qalibi olacaq.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur. Onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub. Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb.