şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Samir Abasov: "Hər oyuna qələbə qazanmaq üçün çıxırıq"

03.03.2021 22:02 Oxundu 365


"Oyuna çıxanda futbolçulara dedim ki, rəqibin hazırkı vəziyyətini görüb arxayınlaşmayın. Görüşün gərgin olacağı məlum idi. "Zirə"yə məğlubiyyətdən sonra təzyiqlər oldu. Amma bu gün qazandığımız qələbə yerinə düşdü".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sabah"a 2:1 hesabla qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Komanda müdafiəyəyə diqqət yetirirdi, oyunda bəzi dəyişikliklər etdik. Ahmed təzə oyunçudur, eyni zamanda zədəli formada görüşə çıxmışdı. İndi fikrimizi gələn tur keçiriləcək "Keşlə" ilə oyuna kökləmişik. Ümumiyyətlə, futbolçular istəklidir, hər oyuna qələbə qazanmaq üçün çıxırıq" - deyə o bildirib.