cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Millimiz “Yuventus”un stadionunda oynayacaq

04.03.2021 15:41 Oxundu 465


 DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus" klubuna məxsus stadionda təşkil olunacaq.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Bildirilib ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus" klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.

Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.