cümə axşamı, 03 iyul 2025

BİZİM FUTBOL

Honda Bakıya gələcək

06.03.2021 15:21 Oxundu 495

"Neftçi" dünyaca məşhur futbolçu, Yaponiya millisinin sabiq üzvü Keisuke Honda ilə razılığa gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə yaxın vaxtlarda müqavilə imzalanacaq. Sözləşmənin müddəti isə cari mövsümün sonunadək olacaq. Futbolçu yaxın vaxtlarda Bakıya gələcək.

Həmçinin bildirilir ki, oyunçunun gələcək taleyi onun klubdakı çıxışından asılı olacaq.

Qeyd edək ki, Hondanın son klubu "Botafogo" (Braziliya) idi. O, komandadan ötən ilin sonunda ayrılıb.