07.03.2021 21:48
                 540
  540
            
            
             540
  540
            
Bu gün İspaniya La Liqasında Madrid derbisi keçirilib.
"CEMPİON.AZ" xəbər verir ki, "Atletiko" evdə "Real"ı qəbul edib. Görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Matçda hesabı 15-ci dəqiqədə Luis Suares ("Atletiko") açıb. "Real"ın hücumçusu Kərim Benzema isə 88-ci dəqiqədə bərabərlik qolunu vurub. Beləliklə, "Atletiko" oyunun sonlarında qələbəni əldən verib.
Qeyd edək ki, "Atletiko" turnir cədvəlində 59 xalla liderdir. "Real" isə 54 xalla 3-cüdür.
 
                 
                 
                 
                 
     
     
     
     
    