255
Ötən mövsümdə gözlənilmədən "Lester"ə ölkə çempionu titulu qazandıran italiyalı tanınmış futbol mütəxəssisi Kladuio Ranyerinin 2020-ci ilə kimi ingilis klubunu çalışdıracağı gözlənlilir. Bu barədə məlumatı İtaliyanın tanınmış "Sky Sports" kanalı verib. Kanalın iddiasına görə, Ranyerinin "Lester"i çempion etməsi klub rəhbərliyinin onunla müqavilə müddətini artırmaq barədə qərar qəbul etməsinə gətirib çıxarıb. Belə ki, Ranyerinin ən azı 2020-ci ilə kimi "Lester"i çalışdıracağı barədə tərəflər arasında ilkin razılıq əldə edilib. Xatırladaq ki, "Lester"lə Ranyeri arasında olan müqavilənin müddəti 2018-ci ildə başa çatır. Öz növbəsində Ranyeri "Sky Sports" kanalına verdiyi müsahibəsində "Lester"i daha 4 iş çalışdıra biləcəyini vurğulayıb. Onun sözlərinə görə, hazırda klub rəhbərliyi onun fəaliyyətindən razıdır. Kladuio Ranyeri: "Bu mövsümdə də qarşıma Premyer liqada çempionluq uğrunda mübarizə aparmaq, həmçinin Çempionlar kubokunda uğurla çıxış etmək vəzifəsi qoyulub. Hər iki vəzifənin öhdəsindən layiqincə gəlmək üçün komandamızla bırgə əlimizdən gələni edəcəyik",- deyib.
Hazırladı: Əziz Mustafa