çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

"Uğursuzluğumuza səbəb "Zenit"in oyunçularında özünə inamın olmamasıdır"

10.08.2016 17:42 Oxundu 385

Rusiyanın "Zenit" komandasının baş məşqçisi Mirça Luçesku komandasında hazırda bəzi problemlərin yaşandığını təsdiq edib. Onun sözlərinə görə, "Zenit"də lider oyunçular çoxdur, lakin komanda arzuladığı oyunu nümayiş etdirə bilmir. Luçesku: "Mən həmişə komanda oyununa üstünlük vermişəm. Meydanda oyunu bir neçə nəfərin üzərində qurmaq əksər hallarda komandaya uğur gətirmir. Məsələn, "Zenit"də Netu, Qaray, Krişito, Xavi kimi lider oyunçular var. Ancaq onlarla hələ ki, arzu elədiyim oyunu göstərə bilməmişik. Ona görə də bu liderləri komanda oyununa uyğunlaşdırmaq üçün vaxta ehtiyac olacaq. İstənilən halda hər bir komandanı güclü komanda edən onun kollektiv oyun nümayiş etdirməsidir. Biz "Ufa" və "OMİK" (SSKA) ilə yaxşı oyun nümayiş etdirdik. Lakin komanda oyunu nümayiş etdirə bilmədik. Uğursuzluğumuza digər səbəb "Zenit"in oyunçularında özünə inamın olmamasıdır. Yaxın vaxtlarda biz bu çatılmazlığı aradan qaldırmağa çalışacağıq",- deyib.

Qeyd edək ki, hazırda "Zenit" iki oyundan sonra iki xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Hazırladı: Əziz Mustafa