cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Neftçi" məğlub oldu,"Sabah" hesabda öndədir, "Qarabağ"dan heç-heçə - YENİLƏNİB

04.04.2021 20:38 Oxundu 1067

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

"CEMPİON.AZ" xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçirilib. Lider "Neftçi" gözlənilmədən evdə "Sumqayıt"a uduzub - 0:2. Komandalar arasında 2-ci turda "Neftçi"nin meydanında keçirilən görüş də "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. 

Digər görüşdə isə "Qəbələ" "Sabah"ın qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bununla da paytaxt təmsilçisi 7 oyunluq qələbəsizlik seriyasına son qoyub.

Günün maraqla gözlənilən son qarşılaşmasında isə 2-ci pillədə olan "Qarabağ" "Keşlə" ilə səfərdə üz-üzə gəlib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Bu nəticələrdən sonra xallarını 43-ə çatdıran "Qarabağ" "Neftçi"ni qabaqlayaraq liderliyə yüksəlib. "Neftçi" 42 xalla 2-cidir.

4 aprel

18:30. “Keşlə” – “Qarabağ” - 1:1
Qollar:
 Rəhman Hacıyev, 7 (1:0), Patrik Andrade, 92-pen. (1:1)
 

17:30. “Sabah” –“ Qəbələ” - 1:0
Qol:
 Ramil Şeydayev, 45+1


16:30. “Neftçi” – “Sumqayıt” - 0:2
Qollar:
 Rəhim Sadıxov, 4 (0:1), 42 pen.(0:2)
 

3 aprel

“Səbail” – “Zirə” - 0:0
 

N Klublar O Q H M T-F X
1 Qarabağ 21 12 7 2 47-14 43
2 Neftçi 21 13 3 5 30-21 42
3 Zirə 21 7 10 4 24-21 31
4 Sumqayıt 21 7 8 6 25-24 29
5 Qəbələ 21 5 8 8 18-29 23
6 Səbail 21 4 7 10 19-33 19
7 Sabah 21 5 4 12 20-29 19
8 Keşlə 21 3 9 9 21-33 18