şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Real" və "Mançester Siti" qələbə qazandı

07.04.2021 02:17 Oxundu 620


Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.


"CEMPİON.AZ" xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Real" "Liverpul"u qəbul edib və 3:1 hesabı ilə qalib gəlib. Digər qarşılaşmada isə "Mançester Siti" Dortmund "Borussiya"sı ilə evdə üz-üzə gəlib.  Görüş İngiltərə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası, 1/4 final, İlk oyunlar

23:00. "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 3:1
Qollar: 
Vinisius Junior, 27 (1:0), Asensio, 36 (2:0), Salah, 51 (2:1), Vinisius Junior, 65 (3:1)

23:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 2:1
Qollar: 
De Brüyne, 19 (1:0) Roys, 84 (1:1), Foden, 90 (2:1)