çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Ramos: “Əgər “Barselona” ona sahib olmasaydı…”

08.04.2021 11:55 Oxundu 364

“Bu illər ərzində Messiyə qarşı çox əziyyət çəkdik. Əgər “Barselona” ona sahib olmasaydı, daha çox çempionluq qazanardıq”.
“CEMPİON.AZ”
xəbər verir ki, bunu “Real”ın kapitanı Serxio Ramos “Barselona” ilə keçiriləcək “El Klasiko” öncəsi deyib.
35 yaşlı mərkəz müdafiəçisi son illər kataloniyalılarla matçların onlara çox problem yaratdığını söyləyib: “Tarixin ən yaxşı “Barselona”sına qarşı oynadığımız dönəmlər oldu. Mourinyo kimi möhtəşəm məşqçimiz var idi, amma onları məğlub etməkdə çətinlik çəkirdik. “Barselona” üzərində qələbəmizin sayı çox deyil. Görüşlər zamanı bizim və ya onların səbəb olduğu gərginliklər də yaşandı”.

Qeyd edək ki, İspaniya La Liqasının XXX turu çərçivəsində keçiriləcək “Real” – “Barselona” matçı aprelin 10-da olacaq.