cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"Bu oğlan...”

20.04.2021 19:20 Oxundu 345


İngiltərə millisinin sabiq futbolçusu Harri Liniker yeni yaradılan Superliqanın və “Real”ın prezidenti Florentino Peresin futbol matçlarının vaxtının azaldılması barədə fikirlərinə münasibət bildirib.

"CEMPİON.AZ" xəbər verir ki, futbol veteranı ispaniyalının ideyasına rişxəndlə yanaşıb.

O, hətta Peresin sözlərinə “ilişmək”dən də çəkinməyib: “Gözəl ideyadır. Gəlin hər biri 5 dəqiqə olan iki hissə oynayaq və 45 dəqiqə reklam fasiləsi edək. Bu oğlan...”.
Liniker sosial şəbəkədəki paylaşımına ürəyi bulanan insan işarəsi də yerləşdirib. O, bununla Superliqa ideyasına yanaşmasını nümayiş etdirib.