çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

Ümid təsəlliyə qaldı

10.08.2016 20:31 Oxundu 286

Rio-2016 Yay Olimpiya Oyunlarında cüdoçu Məmmədəli Mehdiyev də mötəbər yarışda debüt edib. 90 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarışa 1/16 final mərhələsindən başlayıb. Avropa Kubokunun qalibi olan idmançımız rusiyalı Kiril Denisovla üz-üzə gəlib. Gərgin keçən görüşün əsas hissəsində qalib müəyyənləşməyib. Hakim hər iki cüdoçuya 2 dəfə xəbərdarlıq etdiyindən, əlavə vaxta ehtiyac duyulub. Mehdiyev 111-ci saniyədə rəqibini ippona salıb.Onun 1/8 finalda rəqibi Tyaqo Kamilo (Braziliya) olub. Təmsilçimiz bu görüşdən də qalib ayrılıb. Mehdiyev rəqibindən vazari və yuka xalı ilə üstün olub.Məmmədəli 1/4 finalda koreyalı Donqan Qvak ilə görüşüb. 4 dəfə xəbərdarlıq alan təmsilçimizə texniki məğlubiyyət verilib. Buna baxmayaraq, o, mübarizəsini təsəlliverici döyüşlərdə davam etdirəcək. Bürünc medallara gedən yolda ilk rəqib monqolustanlı idmançı Otqonbaatar Lxaqvasuren olacaq.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur. Onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub. Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb.