10.08.2016 22:27
298
298
Rio-2016 Yay Olimpiya Oyunlarında90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Məmmədəli Mehdiyev mübarizəsini təsəlliverici döyüşlərdə davam etdirib. Bürünc medallara gedən yolda ilk rəqib monqolustanlı idmançı Otqonbaatar Lxaqvasuren olub. Rəqibinə yuka xalı ilə uduzan idmançımız medalsız qalıb.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur. Onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub. Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb.