cümə axşamı, 13 may 2021

BİZİM FUTBOL

Sənan Qurbanov: "Keşlə" çempionatda istədiyinə nail olmayıb"

30.04.2021 23:45 Oxundu 184


"İlk oyunda uduzsaq da, o oyun bizə yaxşı dərs oldu. Çatışmazlıqları gördük və bu gün meydanda xarakter nümayiş etdirdik. İnamı itirmədik. Stressli matç oldu, üstün tərəf biz idik. Layiqli qələbə qazandıq”.

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.
Klub prezidentinin onlardan titul istədiyini bildirən çalışdırıcı finaldakı rəqiblərini də dəyərləndirib: “Sumqayıt” öz gücünü göstərib. Asan final olmur. “Qarabağ” da yaxşı komandadır. Amma “Sumqayıt” qələbə qazanıbsa, deməli layiqdir. Zaur Axundovun dəstəyini hər zaman hiss edirik. Əlbəttə mükafat olacaq. Amma mətbuatda yazılanlardan xəbərim yoxdur. "Keşlə" çempionatda istədiyinə nail olmayıb. Klub prezidenti də titul istəyir. Mən də bunun üçün bacardığımı edəcəyəm”.