çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

Mahir Polşada oynaya bilər

01.05.2021 11:44 Oxundu 395


“Qarabağ”ın hücumçusu Mahir Emrelinin mövsümün sonunda Polşaya köçmək ehtimalı yüksəkdir.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə məlumatı legia.net saytı yayıb.
Bildirilib ki, Varşava “Legiya”sı 23 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir. Azərbaycan millisinin üzvü Türkiyə, Rusiya, Macarıstan və Portuqaliyadan təklif almasına baxmayaraq, Polşaya yollanmağın əleyhinə deyil. Həmkarlarımız mövsümün sonunda legioner həyatı yaşamaqda qərarlı olan Emrelinin “Legiya”ya keçmək şansının daha yüksək olduğunu vurğulayıb. Mahir hətta ilk təklifini də alıb, ancaq düşünmək üçün vaxt istəyib.
Qeyd edək ki, Polşanın digər klubları “Visla” (Krakov), “Zaqlembe” və “Rakuv” da Mahir Emreli ilə maraqlanır. “Legiya” isə Polşa çempionatında sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.