cümə axşamı, 25 aprel 2024

ŞAHMAT

Məmmədyarov Aronyanı məğlub edərək üçüncü oldu

03.05.2021 08:35 Oxundu 457


Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyun gününün üçüncü partiyası başa çatıb.

"CEMPİON.AZ" xəbər verir ki, qarşılaşma şahmatçımızın qələbəsi ilə başa çatıb.
Bununla da Şəhriyar 2,5:0,5 hesablı qələbə qazanıb və sonuncu partiyaya ehtiyac duyulmadan, 3-cü yerin sahibi olub.