cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

35-ci dəfə Niderland çempionu oldu

02.05.2021 20:19 Oxundu 418

Avropanın daha bir ölkəsində çempion bəlli olub.

"CEMPİON.AZ" xəbər verir ki, “Ayaks” Niderland çempionatının sonuna 3 tur qalmış qızıl medalları təmin edib.
XXXI turda “Emmen”i 4 cavabsız qolla darmadağın edən Amsterdam təmsilçisi ən yaxın izləyicisi PSV üçün əlçatmaz olub. 4 matçı qalan eyndhovenlilər 15 xal geridədir. Bu, “Ayaks”ın tarixində 35-ci çempionluqdur.
Qeyd edək ki, ötən mövsüm koronavirus pandemiyası üzündən yarımçıq dayandırıldığından çempion müəyyənləşməmişdi.