cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"İnter" İtaliya çempionu oldu

02.05.2021 19:22 Oxundu 407


İtaliya A seriyasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

"CEMPİON.AZ" xəbər verir ki, Milanın “İnter” klubu çempionatın sonuna 4 tur qalmış 1-ci yeri təmin edib.
Buna “Atalanta”nın xal itkisi səbəb olub. Berqamo təmsilçisi “Sassuolo” ilə səfər matçında qələbə qazana bilməyib – 1:1.
Bu xal itkisindən sonra “Atalanta”nın xal hesabı 69-a çatıb. Berqamolular 82 xala malik “İnter”dən 13 xal geridədir. Yeni çempion liderlər qrupunun digər sakinləri “Napoli” və “Milan” hərəyə 13, bir oyun az keçirən “Yuventus” 16 xal qabaqladığından bütün rəqibləri üçün əlçatmazdır.
Qeyd edək ki, sonuncu dəfə 2009/10 mövsümündə İtaliya çempionu olan “İnter” tarixində 19-cu dəfə “skudetto”nun sahibi olub.