cümə axşamı, 13 may 2021

BİZİM FUTBOL

Mahir "Legiya" ilə razılığa gəldi

04.05.2021 11:50 Oxundu 210


“Qarabağ”ın futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubu ilə razılığa gəlib.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Polşanın “Meczyki” nəşri məlumat yayıb. Tərəflər arasında yaxın vaxtlarda 3 illik müqavilənin imzalanacağı bildirilib. 
"Legia.net"in yazdığına görə isə "Legiya" Emreliyə illik 300 min avro maaş təklif edib və razılaşma əldə olunub.
Xəbərdə o da qeyd olunub ki, Mahirin Polşa təmsilçisi ilə anlaşmasında "Qarabağ”ın sabiq oyunçusu, 13 il Varşava klubunda çıxış etmiş Yakub Jezniçakın da rolu olub. O, Emrelini bu məsələlərə görə kluba keçməyə inandırıb:

1. Polşada əldə oluna biləcək kuboklar və avrokuboklarda mübarizə.

2. Varşavadakı yüksək səviyyəli yaşayış şəraiti.

3. Maksimum iki mövsümdən sonra yüksək satış potensialı.

4. Yaxşı pul qazanması.

Mahirin “Legiya”nın ən çox qazanan futbolçusu olması real görünmür. Lakin Jezniçak oyunçunu klubda mükafatlar əldə edəcəyinə inandırıb.
Məlumata görə, Emreli artıq Azərbaycandakı işlərini yekunlaşdırır və Polşaya köçmək qərarındadır. Həmçinin qeyd edilir ki, bu transferrin qarşısını yalnız oyunçuya daha yaxşı təklif gəlməsi ala bilər.
Mahirin bu yaxınlarda Rusiyanın “Ural” və Almaniyanın “Union Berlin" klublarından daha sərfəli təkliflər aldığı, lakin onun "Legiya"da oynamaq fikrində olduğu bildirilib. 
Qeyd edək ki, millimizin üzvü “Qarabağ”ın illik 500 min dollar maaş olmaqla yeni müqavilə təklifini qəbul etməyib.