çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ" Sumqayıtda xal itirsə...

11.08.2016 09:23 Oxundu 430

Bu gün Topaz Premyer Liqasında II tura start veriləcək. İlk oyun Sumqayıtda baş tutacaq. Son üç mövsümün çempionu “Qarabağ” yerli komandaya qonaq olacaq. İlk turda gözlənilməz nəticəyə imza atmış komandalar meydana fərqli məqsədlər üçün çıxacaqlar .Belə ki, səfərdə “İnter”ə məğlub olan Qurban Qurbanovun yetirmələri bu nəticəni unutdurmaq, “Sumqayıt” isə rəqib meydanda əldə etdiyi “Zirə” qalibiyyətinin təsadüfi olmadığını isbatlamaq üçün mübarizə aparacaq. Ağdamlılar favoriti olduğu görüşdə də xal itirsələr, Avropa Liqasının oyunu öncəsi psixoloji cəhətdən çətin duruma düşəcəklər. Heyətini milli təcrübəsinə malik oyunçularla gücləndirən sumqayıtlılar isə nə dərəcədə iddialı olduqlarını bu matçda göstərməlidilər.

Topaz Premyer Liqası

II tur

11 avqust (cümə axşamı)

19:00. “Sumqayıt” – “Qarabağ”

Sumqayıt şəhər stadionu

Turnir cədvəli

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

1

1

0

0

2-0

3

2

Neftçi

1

1

0

0

2-0

3

3

İnter

1

1

0

0

2-1

3

4

Sumqayıt

1

1

0

0

1-0

3

5

Qarabağ

1

0

0

1

1-2

0

6

Zirə

1

0

0

1

0-1

0

7

Kəpəz

1

0

0

1

0-2

0

8

AZAL

1

0

0

1

0-2

0