cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

PSJ Mbappe ilə danışıqlara başladı

12.05.2021 16:24 Oxundu 394


Fransanın PSJ klubu futbolçusu Killian Mbappe ilə danışıqlara başlayıb.

"CEMPİON.AZ" xəbər verir ki, Liqa1 təmsilçisi forvarda 4 illik müqavilə təklif edir.
Parislilər Mbappeyə ildə 35 milyon avro ödəməyə hazırdır. Bu, ötən həftə klubla yeni anlaşma imzalayan Neymarın qazancından 5 milyon çoxdur.
Killianı heyətində görmək istəyən “Real”la “Liverpul” belə yüksək maaş vəd etmək iqtidarında deyil. PSJ də məhz bu yolla ulduz futbolçunu heyətində saxlamağa qərar verib.
Qeyd edək ki, forvardın hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.