383
Qazaxıstanın Şımkent şəhərində keçirilən “Prezident kuboku”nda III tura start verilib. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsində son oyununu keçirib. İlk turda İrana 0:3 hesabı ilə uduzub, ardınca Tacikistanla sülhə imza atan (2:2) Rafiq Mirzəyevin yetirmələri Rusiya-2 ilə qarşılaşıb. Komandamız şimallıları hokkey hesabı ilə darmadağınla qələbə qazanıb – 12:1. Millimizin heyətində Xaqani Sadıqov 6, Kamran Quliyev 4, İzzət Muştaqov və Məhəmməd Məhərrəmov hərəyə 1 qol vurublar. Komandamız qrupda üçüncü yeri tutub.
apasportun məlumatına görə, indiyədək bu turnirdəki ən böyükhesablı qələbəmiz 2014-cü ildə qeydə alınmışdı. Həmin vaxt U-17 Qırğızıstanı 5:0 hesabı ilə məğlub etmişdi. Ümumilikdə isə Azərbaycan komandaları 2009-cu ildən hər dəfə qatıldığı yarışda 4 böyükhesablı qələbəyə nail olub.
2009
“Akademiya” – “Rubin” (Rusiya) – 3:0
2010
“Bakı” – SUAR (Çin) 4:0
2014
U-17 - Qırğızıstan 5:0
2016
U-17 - Rusiya-2 12:1