cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

Məğlubiyyətdən sonra istefa verdi

11.06.2021 10:49 Oxundu 421


Kosta Rika yığmasının baş məşqçisi Ronald Qonsales istefaya göndərilib.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Kosta Rika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Komanda ötən gecə ABŞ-la yoxlama oyunu keçirib və 0:4 hesabı ilə uduzub. Matçdan dərhal sonra baş məşqçi istefaya göndərilib.
Qeyd edək ki, Ronald Qonsales 2019-cu ildən Kosta Rika yığmasına rəhbərlik edirdi. Bu komanda onun rəhbərliyi altında keçirdiyi son 10 oyunda qələbə qazana bilməyib.