cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Keşlə" 15 iyunda toplaşacaq

11.06.2021 10:05 Oxundu 417

"Keşlə" iyun ayının 15-dən etibarən məşqlərə başlayacaq.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, UEFA Konfrans Liqasına vəsiqə qazanmış komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq.
Birinci mərhələdə Bakıda məşqlərə başlayacaq komanda iyulun 1-də Qəbələyə yollanacaq. Bakı toplanışından öncə komanda üzvləri tibbi-müayinədən keçəcəklər. İyunun 27-də Bakıda yoxlama matçı planlaşdırılır.
1-14 iyul tarixlərini əhatə edəcək ikinci mərhələdə "Keşlə" Qəbələdə 5,10,14 iyul tarixlərində üç yoxlama matçı keçirməyi planlaşdırır.
Yoxlama oyunları üçün bütün rəqiblər barədə ətraflı məlumat veriləcək.