cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

“Beşiktaş”ın futbolçusuna Ərəbistandan təklif  var

11.06.2021 13:42 Oxundu 517

“Beşiktaş”ın futbolçusu Ərəbistandan gələn təklifi qəbul etməyib.
“CEMPİON.AZ” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Əl Nassır” Oğuzhan Özyakupu transfer etmək istəyib. Lakin İstanbul təmsilçisi ilə bir illik müqaviləsi olan yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirmək niyyətindədir. Futbolçu ötən mövsüm “qara-ağ”ların heyətində 25 matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.