11.06.2021 14:32
505

Konfrans Liqasında mübarizə aparacaq “Sumqayıt”da daha iki futbolçu barədə qərar verilib.
"CEMPİON.AZ" xəbər verir ki, klub rəsmi saytı vasitəsilə iki oyunçu ilə yollarını ayırdığını açıqlayıb.
Bunlar yarımmüdafiəçi Cavid İmamverdiyev və hücumçu Mehdi Şərifidir. “Gənclik şəhəri” təmsilçisi müqavilə müddəti başa çatan hər iki oyunçu ilə vidalaşmaq qərarına gəlib.
Qeyd edək ki, buna qədər baş məşqçi Ayxan Abbasov, həmçinin Vurğun Hüseynov, Elvin Məmmədov və Murad Xaçayevlə yeni müqavilə imzalayan “Sumqayıt”da qapıçı Mehdi Cənnətov “Zirə”yə keçib.