cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Sumqayıt" heyətini gücləndirir 

14.06.2021 15:41 Oxundu 446

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" ilk futbolçu keçidini reallaşdırıb.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki,  əvvəllər də komandanın şərəfini qorumuş cinah oyunçusu Yusif Nəbiyevlə 1+1 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu komandamızda "74" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Yusif Nəbiyev 2016/17 və 2018/19 mövsümlərində icarə əsasında komandamızda çıxış edib. Ümumilikdə 39 oyuna 4 qol vuran Nəbiyev "Qəbələ" (31 oyun, 2 qol) və "Zirə"nin (7 oyun) uğurları üçün çalışıb. Yusif Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.