çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Manuel Pelleqrini "Vilyarreal"ı çalışdırmağa əsas namizədlərdən biridir

11.08.2016 13:48 Oxundu 538

Ötən gün gözlənilmədən ıstefaya göndərılən İspaniyanın "Vılyarreal" futbol komandasının baç məşqçısı Marselıno Qarsıya Toralın yerınə yeni mütəxəssis axtarışı davam edir. Bununla bağlı İspaniya mətbuatının yazdığına görə, son mövsümdə "Mançester Siti"ni çalışdıran ancaq hazırda işsiz olan Manuel Pelleqrini "Vilyarreal"ı çalışdıra bilər. Pelleqrini isə bununla bağlı mətbuata verdiyi açıqlamasında "Vilyarreal"ın ona doğma komanda olduğunu və vaxtı ilə onunla birlikdə uğurlara imza atdığını xatırladıb. Pelleqrini: "İspaniya həyatı karyeramda önəmli rol oynadı. Bu baxımdan "Vilyarreal"la bir çox uğurlara imza atdım", - deyib.

Lakin o, "Vilyarreal"ı çalışdırıb-çalışdırmayacağı barədə heç nə deməyib. Xatırladaq ki, Manuel Pelleqrini 2004-cü ildə "Vilyarreal"ı çalışdırıb və İspaniyanın bu ortabab komandasını qısa müddətdə güclü kluba çevirib. Son illərdə isə Pelleqrini "Mançester Siti"ni çalışdırırdı. İspaniya mətbuatı yaxın günlərdə Pelleqrinin "Vilyarreal"ı çalışdıracağını istisna etmirlər. Son məlumatlara görə, klub rəhbərliyi artıq Pelleqrininin "Vilyarreal"ı çalışdırması üçün onun meneceri ılə danışıqlara başlayıb.

Hazırladı: Əziz Mustafa