411
Almaniyanın "Bavariya" futbol komandası İdarə Heyətinin sədri Karl-Haynts-Rummenige klubun keçmiş prezidenti Heness haqqında mətbuatda gedən bəzi məlumatlara aydınlıq gətırıb. O, Henessin prezidentliyə namizədliyini verə biləcəyi barədə deyilənlərdən narahat olmadığını bildirib. Rummenige: "Heness vaxtı ilə "Bavariya"nın uğurlarına öz töhfəsini verib. Ona görə də əgər Heness yenidən prezident seçkilərində iştirak etsə, burada qeyri-adi heç nə axtarmaq lazım gəlməyəcək. "Bavariya"yanın yeni prezidenti klubun Müşahidəçilər şurası seçir. Onalr Henessi yenidən prezident vəzifəsində görmək istəsələr, onda bu surpriz olmayacaq", - deyib.
Qeyd edək ki, Heness vergidən yayındığına görə, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, "Bavariya"nın prezidenti olduğu vaxt dövlətdən 27, 2 milyon avro vergi gizlətməkdə gunahlandırılmışdı. Heness 2016-cı ilin fevral ayında azadlığa çıxıb. Bir neçə gün əvvəl isə Heness bildirib ki, bu ilin noyabr ayında "Bavariya" klubunun prezidentliyinə keçiriləcək seçkilərdə iştirak edəcək.
Hazırladı: Əziz Mustafa