567
Bu gün Topaz Premyer Liqasında II tura start verilib. İlk oyun Sumqayıtda baş tutub. Son üç mövsümün çempionu “Qarabağ” yerli komandaya qonaq olub. İlk turda gözlənilməz nəticəyə imza atmış komandalar meydana fərqli məqsədlər üçün çıxmışdılar. Belə ki, səfərdə “İnter”ə məğlub olan Qurban Qurbanovun yetirmələri bu nəticəni unutdurmaq, “Sumqayıt” isə rəqib meydanda əldə etdiyi “Zirə” qalibiyyətinin təsadüfi olmadığını isbatlamaq istəyirdi. Məqsədinə çatan isə ağdamlılar olub. Qurban Qurbanovun yetirmələri iki cavabsız qolla qələbə qazanıblar.
Topaz Premyer Liqası, II tur
11 avqust (cümə axşamı)
“Sumqayıt” – “Qarabağ” - 0:2
Qollar: Muarem, 52, Kintana, 84
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Şaiq Həmidov
Sumqayıt şəhər stadionu
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 11. İbrahim Abednezhad, 19. Azər Salahlı, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 17. Vaquf Güləliyev, 18. Süleyman Əhmədov, 22. Mirabdulla Abbasov, 42. Kamran Abdullazadə, 66. Afşin Esmaeilzadeh, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
“Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 8. Migel Markos Madera, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 17. Namiq Ələsgərov, 11. Mahir Mədətov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov