çərşənbə, 21 yanvar 2026

DİGƏR NÖVLƏR

“Böyüklər”dən havayı ayrılan ulduzlar

15.06.2016 14:07 Oxundu 1348

Çünki Superliqa təmsilçiləri, xüsusən də son illər ulduz transferləri ilə diqqətləri üzərilərinə çəkməyi bacarırlar. Doğrudur, komandalar milyonlarla dollarlar xərcləyib azarkeşlərin könlünü şad etmək üçün tanınmış simalarla güclənirlər. Ancaq eyni uğuru oyunçu yola salarkən təkrarlaya bilmirlər. Belə ki, Türkiyə klubları nadir hallarda futbolçu satışından qazanc əldə edirlər. Xüsusən də, “dörd böyüklər” olan “Fənərbağça”, “Beşiktaş”, “Qalatasaray” və “Trabzonspor” aparıcı oyunçularını pulsuz yola salmaqla həm maddi durumlarını pis vəziyyətə salırlar, həm də heyətləri zəifləyir. Məsələn, mövsüm başa çatan kimi, bir neçə əsas heyət üzvü ilə vidalaşan “Fənərbağça” onların gedişindən hələ bir qəpik də olsun pul qazanmayıblar. Gökhan Gönül, Mehmet Topal kimi lider oyunçular müqavilə müddətləri başa çatdığı üçün komandadan ayrıldılar, Caner Erkin İtaliya “İnter”inə havayı keçdi. Bütün bunlar Türkiyənin böyük komandalarının havayı yola saldıqları tanınmış simaların gündəmə gəlməsinə səbəb olub. Gəlin, “Fənərbağça”, “Beşiktaş”, “Qalatasaray” və “Trabzonspor”a pul qazandırmadan başqa komandaya keçən futbolçuları bir daha yada salaq...

Caner Erkin - 2016-cı ildə (”Fənərbağça”dan “İnter”ə)

Əmrə Çolak - 2016 (”Qalatasaray”dan “Deportivo”ya)

Karl Medyani - 2016 (”Trabzonspor”dan “Levante”yə)

Kevin Konstant - 2016 (”Trabzonspor”dan “Boloniya”ya)

Filipp Holoşko - 2015 (”Beşiktaş”dan “Sidney”ə)

Tomaş Sivok - 2015 (”Beşiktaş”dan “Bursaspor”a)

Yekta Kurtuluş - 2015 (”Qalatasaray”dan “Sivasspor”a)

Aydın Yılmaz - 2015 (”Qalatasaray”dan “Kasımpaşa”ya)

Miloş Krasiç - 2015 (”Fənərbağça”dan “Legiya”ya)

Səlçuk Şahin - 2015 (”Fənərbağça”dan “Vil”ə)

Egemen Qorxmaz - 2015 (”Fənərbağça”dan “Vil”ə)

Əmrə Belözoğlu - 2015 (”Fənərbağça”dan “Başakşəhər”ə)

Bəkir İrtegün - 2015 (”Fənərbağça”dan “Başakşəhər”ə)

Dirk Kuyt - 2015 (”Fənərbağça”dan “Feyenord”a)

Pyerr Vebo - 2015 (”Fənərbağça”dan “Osmanlıspor”a)

Uqo Almeyda - 2014 (”Beşiktaş”dan “Çesena”ya)

Manuel Fernandes - 2014 (”Beşiktaş”dan “Lokomotiv”ə)

Didye Droqba - 2014 (”Qalatasaray”dan “Çelsi”yə)

Ceyhun Gülsəlam - 2014 (”Qalatasaray”dan “Hannover”ə)

Yohan Elmander - 2014 (”Qalatasaray”dan “Brondbü”yə)

Alanzinyo - 2014 (”Trabzonspor”dan “Balıkesirspor”a)

Kristian Baroni - 2014 (”Fənərbağça”dan “Korintians”a)

Roberto Hilbert - 2013 (”Beşiktaş”dan “Bayer”ə)

Tomas Uyfaluşi - 2013 (”Qalatasaray”dan “Sparta”ya)

Halil Altıntop - 2013 (”Trabzonspor”dan “Auqsburq”a)

Marek Çex - 2013 (”Trabzonspor”dan “Boloniya”ya)

Semih Şəntürk - 2013 (”Fənərbağça”dan “Antalyaspor”a)

Bobo - 2011 (”Beşiktaş”dan “Kruzeyro”ya)

Harri Kyuell - 2011 (”Qalatasaray”dan “Melburn”a)

Ümit Özat - 2007 (”Fənərbağça”dan “Köln”ə)

Tuncay Şanlı - 2007 (”Fənərbağça”dan “Midlsbro”ya)

Tümər Mətin - 2006 (”Beşiktaş”dan “Fənərbağça”ya)

Okan Buruk - 2006 (”Beşiktaş”dan “Qalatasaray”a)

Bərkant Göktan - 2004 (”Qalatasaray”dan “Beşiktaş”)

Əmrə Aşık - 2003 (”Qalatasaray”dan “Beşiktaş”a)