çərşənbə axşamı, 20 yanvar 2026

BOKS

Cavid də, Pərviz də uduzdu, Sotomayor qalib gəldi

11.08.2016 23:50 Oxundu 7925

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edib. Azərbaycan yığmasının daha 4 üzvü mübarizəyə qoşulub.Rinqə ilk olaraq Cavid Çələbiyev çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan dəri əlcək ustamız yarışa 1/16 finaldan start verib. Onun rəqibi qazaxıstanlı Kayrat Yeraliyev olub. Görüş qazaxıstanlı idmançının xeyirinə başa çatıb.

Bu döyüşdən 15 dəqiqə sonra daha bir təmsilçimiz yumruğunun gücünü sınayıb. 64 kq çəkidə mübarizə aparan Lorenzo Sotomayor da Olimpiadaya 1/16 finaldan başlayıb. Avropa Oyunlarının qızıl medalçısı debütdə ukraynalı Volodimir Matviçuku mübarizədən kənarlaşdırıb - 3:0. Bu nəticə ilə legioner boksçumuz 1/4 finala yüksəlib.

Pərviz Bağırov (69 kq) çıxış edib. Dünya çempionatının bürünc, Avropa Oyunlarının isə qızıl medalını qazanmış gənc boksçumuz Pərviz Bağırov (69 kq) 1/8 finalda Fransa təmsilçisi Sissoko Süleyman Diopla münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz rəqibinə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.