cümə, 29 mart 2024

BİZİM FUTBOL

Mahir qol vurdu, penaltidən istifadə edə bilmədi

18.07.2021 10:19 Oxundu 372

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Superkubokunun oyununa çıxıb.

"CEMPİON.AZ" xəbər verir ki, Varşava təmsilçisin ötən mövsüm Polşa kubokunun qalibi olan "Rakuv"la qarşılaşıb.
Hesabı 10-cu dəqiqədə "Rakuv" açıb. Matçın 58-ci dəqiqəsində meydana daxil olan Mahir Emreli məğlub olmaq üzrə olan komandasının vacib qolunu vurub. O, 90+3-cü dəqiqədə hesabı bərabərləşdirib. Buna görə də oyun penaltilərə qədər uzanıb. Burada daha dəqiq olan "Rakuv" (4:3) Superkubokun qalibi olub. "Legiya"dan penaltini dəqiqə yerinə yetirə bilməyənlərdən biri Mahir Emreli olub. Onun zərbəsi qapı dirəyinə dəyib.
Xatırladaq ki, yeni komandasına tez uyğunlaşan Emreli yoxlama oyunlarında 6, Çempionlar Liqasının 2 matçında 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.