şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Mahir Emrelidən açıqlama 

18.07.2021 13:21 Oxundu 465


"Oyundakı uğursuz penalti vuruşuna görə dünən gecə mənə yüzlərlə dəstək mesajı gəlib, müxtəlif sosial platformalardan minədək yerdə adım qeyd olunub".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri millimizin hücumçusu Mahir Emreli "Legiya"nın "Rakuv"a qarşı superkubok oyunu ilə əlaqədar İnstaqram paylaşımında bildirib.
Emreli 90+3-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub (1:1). Penaltilər seriyasında isə o, zərbəni dəqiq vura bilməyib. Yekun nəticədə "Legiya" penaltilərdə məğlub olub (3:4).
M.Emreli qeyd edib ki, dəstək mesajları onu ürəyini isidib: "Buna görə mən təşəkkür edirəm. Futbol inanılmaz oyundur. Komandama gözəl oyununa və dəstəyinə görə minnətdarlığımı bildirirəm".