şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

"Kəpəz"in sabiq futbolçusu 80 yaşında vəfat edib

21.07.2021 15:25 Oxundu 477


Azərbaycan futbol veteranı Müzəffər Qasımov vəfat edib.

"CEMPİON.AZ" xəbər verir ki, Gəncənin “Kəpəz” klubunun sabiq futbolçusu və baş məşqçisi 80 yaşında dünyasını dəyişib.Veteran son illərdə klubun Müşahidə Şurasında yer alıb. Qasımov bu gün dəfn olunacaq.
Qeyd edək ki, veteran futbolçu “Kəpəz”in 1968-ci ildə “Dinamo” adı altında SSRİ çempionatının güclülər dəstəsində oynamasında ən böyük pay sahiblərindən biri olub.