496
Bu gün Topaz Premyer Liqasında II turun daha bir görüşü keçiriləcək. Turun ikinci görüşündə “Qəbələ” “İnter”lə qarşılaşacaq. İlk turda qələbə qazanan iki rəqib arasındakı görüş turun mərkəzi oyunu hesab edilir. Avroliqada mübarizəni davam etdirən əyalət klubu yeni mövsümə iddialı başlayan “bankirlər”i Bakıda sınağa çəkəcək.Bundan əvvəlki oyunda “Qarabağ” qarşısında əzmkar qələbə qazanan “İnter” bu dəfə “Qəbələ”ni xalsız qoymağı hədəfləyir. “Qırmızı-qaralar” isə çətin “Maribor” sınağıdan öncə Premyer Liqada xal itkisinə yol vermək istəmir. Premyer Liqanın iki əcnəbi mütəxəssisi – Roman Qriqorçukla Zaur Svanadzenin dueli həm də “Qarabağ”ın 3 ildi davam edən hegemonluğuna son qoymağa iddialıların qarşıdurması olacaq.
Topaz Premyer Liqası
II tur
12 avqust (cümə)
20:00. “Qəbələ” – “İnter”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
“Dalğa Arena”
Turnir cədvəli
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qəbələ |
1 |
1 |
0 |
0 |
2-0 |
3 |
|
2 |
Neftçi |
1 |
1 |
0 |
0 |
2-0 |
3 |
|
3 |
İnter |
1 |
1 |
0 |
0 |
2-1 |
3 |
|
4 |
Qarabağ |
2 |
1 |
0 |
1 |
3-2 |
3 |
|
5 |
Sumqayıt |
2 |
1 |
0 |
1 |
1-2 |
3 |
|
6 |
Zirə |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
|
7 |
Kəpəz |
1 |
0 |
0 |
1 |
0-2 |
0 |
|
8 |
AZAL |
1 |
0 |
0 |
1 |
0-2 |
0 |