cümə, 29 mart 2024

BİZİM FUTBOL

Millimizin üzvü Çexiyada fərqləndi

25.07.2021 12:16 Oxundu 472


Çexiya 2-ci divizionunda 2021-2022 mövsümünə start verilib.

"CEMPİON.AZ" xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) səfərdə “Lişen”lə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan Fərid 82-ci dəqiqədə əvəzlənib. O, matçın 1-ci dəqiqəsində hesabı açıb.
56-cı dəqiqəyə qədər 2:0 öndə olan “Viktoriya” sonrakı dəqiqələrdə 3 qol buraxmaqla meydanı məğlub tərk edib.