bazar, 03 may 2026

BİZİM FUTBOL

Yığmamız 5-ci oldu

12.08.2016 10:04 Oxundu 541

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində çıxışını başa vurub.

Futbolçularımız 5-ci yer uğrunda oyunda bu gün Qırğızıstan yığması ilə qarşılaşıb. Xaqani Sadıqov və Kamran Quliyevin vurduğu qollar sayəsində yığmamız 2:0 hesabı ilə qələbə qazanıb.