cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

"Mbappeni transfer edə bilmədiyimizə görə məyus deyilik"

12.09.2021 15:44 Oxundu 404

"Real"ın baş məşqçisi Karlo Ançelotti PSJ-nin futbolçusu Kilian Mbappe üçün göndərdikləri transfer təklifinin rədd edilməsi barədə danışıb.

"CEMPİON.AZ" "Marca"ya istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis 22 yaşlı hücumçunu ala bilmədikləri üçün təəssüflənmədiyini deyib:
"Mbappe əla oyunçudur. Amma onu transfer edə bilmədiyimizə görə məyus deyilik. Çünki komandamızın heyətində güclü futbolçular çoxdur".
Qeyd edək ki, "kral klubu" fransalı oyunçu üçün Paris təmsilçisinə bir neçə dəfə təklif göndərsə də, PSJ bunu qəbul etməyib.