cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ”ın necə keyfiyyətlərə malik olduğunu bilirik"

15.09.2021 13:23 Oxundu 384


“Uzun səyahətə çıxırıq. Hazırlığı buna uyğun qurmuşuq. Uzun səfərin kritik olduğunu düşünmürəm”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu “Bazel”in meneceri Filipp Kaufmann Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.
27 yaşlı klub rəsmisi Bakıya səfər öncəsi yerli mətbuata açıqlamasında uzun yol qət edəcəklərini vurğulayıb: “UEFA-ya görə avrokuboklar zamanı daim səyahət etməliyik. Səfərdə qalacağımız oteldə digər qonaqlardan qorunmalıyıq. Həmçinin son məşq və oyun istisna olmaqla oteldən çıxmağımıza icazə olmayacaq. Bilirik ki, Azəbaycanda pandemiya qaydaları bir az sərtdir. Amma bunun bizm üçün heç bir əhəmiyyəti yoxdur”.
Kaufmann “Qarabağ”ı təhlil etdiklərini də bildirib. Menecer Ağdam klubu barədə müsbət fikirlər səsləndirib: “Qarabağ”ın necə keyfiyyətlərə malik olduğunu bilirik. Təhlilimizə görə, bizimkinə bənzər oyun sisteminə malik yaxşı rəqiblə qarşılaşacağıq. Azərbaycan təmsilçisi təsnifat mərhələsində də məğlub olmadı. Çətin duel gözləyirik. Amma yenə də meydanı qələbə ilə tərk etmək imkanımız var. İlk görüş bizim üçün çox vacibdir. Turnirdə mümkün qədər irəliləmək istəyirik”.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Bazel” oyunu saat 20:45-də başlayacaq.