361
“Fənər”li oyunçunun kəskin tənqid olunduğunu görən “Sarı-lacivərtlilər”in prezidenti Əziz Yıldırım futbolçusunun tərəfini saxlayıb: “Xorvatiya ilə matçdan sonra çıxan qəzetlərdə bütün günahın Ozanın üstünə atıldığını gördüm. Bu uşaq hələ 21 yaşındadır və Türkiyə futbolunun gələcəyidir. Xorvatiya ilə oyunda cəmi 1 qol epizodu yaratdıq, o da Ozan Tufanın başla zərbəsi sayəsində. Bizim komandamızda meydanın ən yaxşısı Ozan idi. Amma məğlubiyyətin günahkarı kimi yalnız onun adı çəkilir. Rəqibin 3 zərbəsi dirəkdən döndü. Xorvatiya bizdən çox üstün oynadı. Belə olan halda, məğlubiyyətə səbəbkar necə təkcə Ozan ola bilər? Məğlubiyyətdə günahkar məşqçilər, futbolçular və futbol federasiyasıdır. Necə ki, qələbə olanda tərif eşidirlər, məğlubiyyətdə də onlar tənqid olunmalıdılar, daha 1 futbolçu yox. Hər kəs dürüst davranmalıdı. Xorvatiya önündə ayaqda dura bilən və qaçan tək oyunçu Ozan Tufan idi. Bu cür gənc istedadı qurdlar süfrəsinə atmaq olmaz. Yığmanın baş məşqçisi Fatih Terim və futbol federasiyasının prezidenti Yıldırım Dəmirörən də bu uşağa sahib çıxmalıdılar, onun tənqid hədəfinə çevrilməsinə imkan verməməlidilər”.
“Gerçək Ozanı
hamıya göstər”
“Sarı-lacivərdlər”in kapitanı Volkan Dəmirəl isə komanda yoldaşı Ozan Tufana telefonla bu sözləri deyib: “Sən işinə bax. Bu tənqidləri edənlər cəmiyyətin üz qaralarıdır. Bunların milli komanda ilə heç bir bağlılığı yoxdur. Bunlar bir zamanlar məni də tənqid etdilər. Niyyətləri fəsad, adam xərcləməkdir. Sən çıx İspaniya ilə oyununda gerçək Ozanı hamıya göstər” sözləri ilə təsəlli etdi.