cümə, 19 aprel 2024

BİZİM FUTBOL

"Mahirdə koronavirus simptomları yoxdur" - "Legiya"dan açıqlama

12.10.2021 14:22 Oxundu 454


Azərbaycan millisinin koronavirusa yoluxduğu bildirilən üzvü Mahir Emrelinin son durumu açıqlanıb.  

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə onun klubu "Legiya"nın mətbuat xidmətinin rəhbəri İzabela Kruq öz Tvitter hesabında məlumat yayıb. O, 24 yaşlı hücumçunun vəziyyətinin yaxşı olduğunu bildirib: 
"Mahirin ikinci koronavirus testinin nəticəsi neqativ çıxıb. Oyunçuya peyvənd vurulub. Onda koronavirus simptomları yoxdur. Biz situasiya ilə bağlı əlavə məlumat verəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda Serbiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.