cümə, 29 mart 2024

BİZİM FUTBOL

Millimiz evdə biabırçı məğlub oldu

13.10.2021 11:20 Oxundu 455

Azərbaycanın U-21 milli komandası AVRO-2023-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.
"CEMPİON.AZ" xəbər verir ki, aşağı yaş qrupu üzrə yığma komandamız Sumqayıt şəhərində, “Kapital Bank Arena”da Xorvatiya millisini qəbul edib. Qonaq komanda meydan sahiblərinin qapısından 5 top keçirib. Buna cavab olaraq Musa Qurbanlı 55-ci dəqiqədə penaltidən fərqlənə bilib. Bununla da A qrupunda yer alan Milan Obradoviçin komandası bir xal toplayıb.  
20:30. Azərbaycan – Xorvatiya - 1:5 
Qollar: Simiç, 9 (0:1), 14 (0:2), Soldo, 25 (0:3), Simiç, 44 (0:4), Musa Qurbanlı, 55-pen. (1:4), Kolina, 81 (1:5)
 
1 Xorvatiya  4 4 0 0 12 3 12
2 Norveç 4 3 0 1 13 4 9
3 Avstriya 5 3 0 2 14 6 9
4 Finlandiya  4 2 1 1 7 4 4
5 Azərbaycan  4 0 1 3 2 14 1
6 Estoniya  5 0 0 5 0 17 0