cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Stefan Mitroviç: "Azərbaycana daha bir neçə qol vurmalıydıq"

13.10.2021 13:11 Oxundu 413


“Azərbaycanla oyun seçmə mərhələdə qarşıya qoyduğumuz hədəfə doğru yeni bir addım atdıq”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu Serbiya yığmasının vitse-kapitanı Stefan Mitroviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.
Önəmli qələbə qazandıqlarını bildirən “Xetafe”nin müdafiəçisi son turda Portuqaliya ilə səfər matçına yüksək əhval-ruhiyyədə çıxacaqlarını söyləyib: “Çox vacib qələbə qazandıq. Birinci hissənin sonlarında vəziyyəti qəlizləşdirdiyimiz üçün bir az çətin oldu. Buraxılan qola qədər oyuna nəzarət etdik. Birinci hissədə daha bir neçə qol vurmalıydıq. Amma sakit qaldıq, hücumda aqressiv çıxış etdik. Ən başlıcası üç xal qazanmağımızdır. Portuqaliyaya özümüzə inamlı və rahat şəkildə gedəcəyik. Bu, bizim üçün final matçıdır”. 
Qeyd edək ki, Belqradda keçirilən Serbiya – Azərbaycan oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.